Dərc edildi: Baxış sayı: 490
Qeyri-leqal miqrantların ABŞ-dan qovulması təxirə salındı
ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrantların kütləvi deportasiyası prosesinin başlanmasının iki həftə təxirə salındığını elan edib.
Publika.az xəbər verir ki, prezident bu haqda tvitter səhifəsində yazıb.
Deportasiya şənbə günü başlanmalı idi.
“Demokratların xahişi ilə qeyri-leqal miqrantların deportasiyası prosesini iki həftəyə təxirə saldım. Baxaq, demokratlar və respublikaçılar toplaşa və cənub sərhədində sığınacaqlar və boşluqlarla bağlı problemlərin həllini hazırlaya biləcəklərmi? Əgər olmasa, deportasiya başlanacaq!" - o əlavə edib.
Daha əvvəl Tramp söz verib ki, kütləvi deportasiya prosesi ABŞ-a qanunsuz girən milyonlarla qeyri-leqal əcnəbiyə toxunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət