Slimfit
  1. AZƏRBAYCAN

Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün tələb olunan - Sənədlər

Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün tələb olunan - Sənədlər
Sakura

Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün tələb olunan - Sənədlər

Qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün hansı sənədlər tələb olunur?
Femida.az xəbər verir ki, qeyri-kommersiya qurumunun fəaliyyət istiqamətinə əsasən, müxtəlif sənədlər tələb olunur. Təsisçinin fiziki, yoxsa hüquqi şəxs olması, yaxud əcnəbi olması və s. kimi fərqlərə əsasən, qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

- Ərizə;
- Təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxə);
- Təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar;
- Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- Fondlarda nizamnamə kapitalının on min manatdan az olmayan məbləğdə ödənilməsini təsdiq edən sənəd
- Təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- Təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Təsisçi xarici hüquqi şəxs olduqda onun qeydiyyatını təsdiq edən sənədlər (reyestrdən çıxarış və ya qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və s.)
- Hüquqi ünvanını təsdiq edən sənəd;
- Qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
- Siyasi partiyanın dövlət qeydiyyatı zamanı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq partiya üzvlərinin sayını təsdiqləyən sənəd;
- Təsisçi (təsisçilər) Azərbaycan Respublikasında daimi yaşamaq hüquq olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduqda - onların Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə vəsiqəsinin surəti;
- Siyasi partiyanın təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat;
- Siyasi partiyanın proqramı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR