Slimfit
  1. MARAQLI

Qeyri-adi optik illüziya hər kəsi təəccübləndirdi

Qeyri-adi optik illüziya hər kəsi təəccübləndirdi
Sakura

İngilis televiziya aparıcısı qeyri-adi optik illüziya ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirdi

Ens.az xəbər verir ki, ingilis jurnalist və teleaparıcı Keyt Qerravey İnstaqramda rəngləri "dəyişdirən" optik illüziyanı əks etdirən fotoşəkil yerləşdirib. Qeyri-adi görüntü sosial şəbəkənin bir çox istifadəçisini təəccübləndirib.

"Bu gecə evimizdə bu xeyli mübahisəyə səbəb oldu" deyib Qarravey.

Təqdim olunan şəkildə iki boz çaların rəngləri verilib: biri açıq, digəri tutqun halda. İlluziyanın mahiyyəti ondadır ki, barmağını həmin rənglərin arasındakı xəttə qoyanda, fiqurlar eyni rəngdə olurlar.

"Bunun səbəbi, blokların qara və ağ sahələrinin olmasındadər. Əks təqdirdə hər şey boz olur" deyə @reds_sixtyeight izah edib.

Dəyişiklikləri ümumiyyətlə görməyənlər də var idi.

Ancaq əksər istifadəçilərdə bu alınıb və onlar bundan heyrətləniblər.

"Bu çox qəribədir!" - yazıb @demi_starr.

"İnanılmazdır", @hackertdog qeyd edib.

"Mənə elə gəlir ki, bu görüntüləri rəng nəzəriyyəsi dərslərində göstərmək faydalı olardı" deyə @nilamholmes şərh edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR