Qətər Əmiri və Oman Sultanı Prezident İlham Əliyevi təbrik edib
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Ens.az APA-ya istinadən xəbər verir ki , təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına tərəqqi və firavanlıq, həmçinin ölkələrimizin ikitərəfli əlaqələrinin gələcək illərdə daha da möhkəmlənməsini arzulayıram".
Omanın Sultanı Heytəm bin Tariq Al Səid də Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq.
Fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik və möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayırıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət