Dərc edildi: Baxış sayı: 578
Qətər əmiri əhalini yağış duasına səslədi
Qətər əmiri Təmim bin Həməd əs-Sani ölkə vətəndaşlarını noyabrın 14-də birgə yağış duası etməyə çağırıb.
Axar.az xəbər verir ki, bu məlumatı Qətər Xəbər Agentliyi yayıb. Əmir yağış duasının bütün ölkə ərazisində edilməsinə səsləyib.
Qeyd edilir ki, apreldən etibarən Qətərdə yağış müşahidə edilməyib. Yalnız son bir həftə ərzində ölkə ərazisinə cəmi 5 dəqiqə yağış yağıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət