Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qərbi Kaspi Universitetində Türkiyəli professorun seminarları təşkil edilib

Qərbi Kaspi Universitetində Türkiyəli professorun seminarları təşkil edilib
Sakura

Qərbi Kaspi Universitetində Türkiyəli professorun seminarları təşkil edilib

Əsası 1972-ci ildə qoyulan Rizə Texniki Universitetinin (indiki Rəcəb Tayyip Ərdoğan Universitetinin) Su məhsulları fakültəsinin professoru Ahmet Mutlu Gözlər Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimləri, daha sonra isə magistrları üçün mühazirə ilə çıxış edib.

Müəllimlər üçün təşkil edilən mühazirə “Türkiyədə balıqçılığın və su bioresurslarının yetişdirilməsi”, magistrlar üçün olan mühazirə isə “Qara dənizin Türkiyə sahillərinin ekologiyası” mövzularını əhatə edib.

Yeri gəlmişkən, qeyd edək ki, Qərbi Kaspi Universiteti və Rəcəb Tayyip Ərdoğan Universiteti arasında əməkdaşlıq çərçivəsində birgə ekoloji tədqiqatlar aparılır. Belə ki, “Makrobentik onurğasızların biosenozunun mövsümi dəyişkənliyi və Türkiyənin Qərbi Qara dəniz sahillərinin ekoloji keyfiyyətinin qiymətləndirilməsi (2017-2018)” mövzusundakı tədqiqatlarda hər iki universitetin müətəxəssisləri iştirak edirlər.

Tədqiqatların bir hissəsi Qərbi Kaspi Universitetinin Tətbiqi və təbiət elmləri Məktəbinin “Təbiət elmləri kafedrası”nın müdiri, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərovanın rəhbərliyi altında universitetin Hidrobiologiya laboratoriyasında aparılacaq.

Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universiteti və Rəcəb Tayyip Ərdoğan Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması da nəzərdə tutulub.

 Mənbə: SİA

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR