Slimfit
  1. DÜNYA

Qərbi Afrikada ilk dron dəhlizi açılıb

Qərbi Afrikada ilk dron dəhlizi açılıb
Sakura

Qərbi Afrikada ilk dron dəhlizi açılıb

Ana ölümlərinin daha yüksək olduğu Qərbi Afrika respublikası Syerra-Leonedə bunun qarşısını almaq məqsədi ilə pilotsuz uçan aparat dəhlizi açılıb. 

TED.az BBC-yə istinadən xəbər verir ki, bu tibbi xidmət dronları lazım olan səhiyyə tədarükünü ucqar ərazilərə vaxtında çatdırmaqla ölüm sayının əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilərlər.

Oksitosin ilə yüklənmiş dronlar təcrid olunmuş ərazilərə vaxtında çataraq anaların həyatını xilas etməkdə daha effektli hesab edilir. Onları 40 km məsafədən idarə etmək mümkündür.

Mütəxəssislər yaxın zamanlarda pilotsuz uçan aparatlar üçün daha çox dəhlizin açılacağını gözləyirlər.

Qeyd edək ki, hökumətin 2017-ci ildə verdiyi hesabatda Syerra-Leonedə hər 100000 uşağa görə 1165 ana ölümü faktı qeydə alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR