Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qərb pəhrizi beyinin fəaliyyətini pisləşdirir - araşdırma

Qərb pəhrizi beyinin fəaliyyətini pisləşdirir - araşdırma
Sakura

Qərb pəhrizi beyinin fəaliyyətini pisləşdirir - araşdırma

Fastfud və yarımfabrikat məhsullarla zəngin olan Qərb pəhrizində "günahkar" miqdarda yağ, şəkər bol olsa da, demək olar ki, heç bir qidalı maddələr yoxdur. Kral Açıq Elmlər Cəmiyyətində yayımlanan bir araşdırma xəbərdarlıq edir ki, bu pəhrizin istəkli davamçısısınızsa, yemək vərdişlərinizi yenidən nəzərdən keçirməyin vaxtı gəli çatıb. Sağlamlıq üçün bir sıra digər riskilərə əlavə olaraq, bu cür pəhriz beyinin işinə mənfi təsir göstərə bilər.

Bu qeyri-sağlam rasion- diabet, yüksək təzyiq, ürək çatışmazlığı və piylənmə kimi xəstəliklərin artması riskinin ilə əlaqələndirilir, habelə yaddaş zəifliyinə səbəb olur.

Tədqiqat

Ens.az xəbər verir ki, Makkuori Universitetinin alimləri 110 sağlam iştirakçı üzərində müşahidə aparıblar. İncə bədənə sahib tələbələr 20-23 yaşlarında idilər, ümumiyyətlə balanslı pəhriz saxlayırmışlar.

Təsadüfi seçom əsasında könüllülərin yarısına bir həftə adi rasiona riayət etmək tapşırılıb, qalan könüllülər fastfud yeməyə başlayıblar.

Təcrübənin əvvəlində və sonunda sözlərin yadda qalması üçün testlərdən keçmələri istənilib. Könüllülər, həmçinin şəkər miqdarı yüksək olan müxtəlif qidaları qiymətləndirib- şəkər qəlyanaltıları, Belçika vaflisi, hamburger və s.

Makkuori Universitetinin psixologiya professoru Riçard Stevenson izah etdi ki, çox sayda insanın xoşagəlməz yeməyi arzu etdikləri, "hipokampus funksiyası testi ilə bir o qədər çox problem yaşayır".

Tədqiqat bir həftəlik pəhrizdən sonra qərb pəhrizinin yaddaşa və iştaha nəzarətə mənfi təsirlərinin sübutlarını təqdim edib.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR