"Qərb Belarusu Rusiyaya güzəştə getsə, Azərbaycanda...”
“Belə bir vəziyyətdə “Sorosun uşaqları” ilə “Daranın uşaqları”nın toqquşması mümkündür...”
"Əgər iqitidarlı-müxalifətli siyasi qüvvələr doğrudan da bu xalqı, milləti və dövləti sevirlərsə, bütün umu-küsüləri kənara qoyub bir-birlərinə güzəştə gedərək ümummilli barışığa gəlməlidirlər..."
“Qorxduğum odur ki, Qərb Belarusu Rusiyaya güzəştə gedə... O halda Azərbaycan siyasi və hərbi poliqona çevrilə bilər. Yəni belə bir vəziyyətdə “Sorosun uşaqları” ilə “Daranın uşaqları”nın toqquşması mümkündür. Və “İvanın uşaqları” da “Daranın uşaqları”na kömək edə bilər. Çünki ruslarla farslar xalauşağıdır...”
Ens.az xəbər verirki,bu fikirləri Belarusdakı son durum və onun Azərbaycana mümkün təsiri barədə Moderator.az-a açıqlama verən politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev dilə gətirib.
“Belarus qurban veriləcək. Qərb Ukraynanı uduzdu, Gürcüstanı uduzdu, Moldovanı uduzdu, yeganə şansları Azərbaycan qalıb. Və Azərbaycan hazırda ziyafət masasında bölünmək ehtimalı çox olan yeməli almalardan birinə bənzəyir. Bizi yemək istəyənlər 4 yerə bölə bilərlər... Və ötən söhbətimizdə dediyim kimi, Vətənimizə 4 istiqamətdən genişmiqyaslı siyasi-diplomatik və ideoloji hücum gözlənilir. Belə olduğu halda isə dövlətin bütün istiqamətlərdə müdafiə olunmaq imkanları çox az olacaq. Yeganə çıxış yolu xalqın birliyi və dövlətçiliyin arxasında durmasıdır. Odur ki, əgər iqitidarlı-müxalifətli siyasi qüvvələr doğrudan da bu xalqı, milləti və dövləti sevirlərsə, kimlərinsə, hansı güclərinsə sifarişi ilə hərəkət etmirlərsə, bütün umu-küsüləri kənara qoyub bir-birlərinə güzəştə gedərək ümummilli barışığa gəlməlidirlər. Təəssüf ki, proseslərin bu istiqamətdə getməməsinə çalışanlar çoxdur... Və ən qorxulusu odur ki, son vəzifələrə təyinatlarda Corcun, Sorosun, Sem dayının “uşaqlar”ı çoxluq təşkil etməyə başlayıb. Bu da digər düşmən qüvvələri bərk qıcıqlandırır. Demək olar ki, tamamilə kənarda qalan milli qüvvələri isə küsdürür. “İvan uşaqları”ndan qurtarıb indi də Sorosa, Semə keçmişik. Amma yazıq Məhəmmədin, Fatmanın, Ərtoğrulun uşaqlarından xəbər yoxdur, onlar getdi arxivə...”- deyə politoloq fikrini tamamlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət