Qənirə Paşayevadan energetik içkilərlə bağlı mühüm təklif
Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılması ilə bağlı narahatlığını bildirdi. Qeyd etdi ki, ona valideynlər də bununla bağlı müraciət edib.
“Energetik içkilər uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza çox böyük zərər vurur. Bu, sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də var”.
Q.Paşayeva bildirdi ki, valideynlər övladlarına nəzarət etmək imkanında olmadıqlarını deyirlər: “Onlar deyir biz uşaqları məktəblərə göndəririk. Məktəblərin də hamısının ətrafında rahat şəkildə bu içkilər satılır. Əgər bu gün ölkənin vacib qurumu – Qida Təhlükəsizliyi Agentliyi və Ombudsman bu barədə həyəcan təbili çalırsa, bununla bağlı parlamentə müraciət olunursa, deməli, ciddi addımlar atılmalıdır”.
Xanım deputat 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılmasının qadağan olunması, həmçinin bu tələbləri pozanlara qarşı sərt sanksiyaların tətbiqini zəruri saydı: “Kimlərsə pul qazanacaq deyə, millətin gələcəyini təhlükəyə atmaq doğru deyil”.
Mənbə: Minval.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət