Slimfit
  1. AZƏRBAYCAN

Qənirə Paşayeva: Depresiyyadan əziyyət çəkənlərin sayı artır

Qənirə Paşayeva: Depresiyyadan əziyyət çəkənlərin sayı artır
Sakura

Qənirə Paşayeva: Depresiyyadan əziyyət çəkənlərin sayı artır

Son illər autizm xəstəliyi çox təhlükəli hal alıb. Bu xəstəliyin daşıyıcısı olan insanların, uşaqların sayı ildən-ilə artmaqdadır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Səhiyyə komitəsinin ilk iclasında çıxışı zamanı adıçəkilən komitənin üzvü, ixtisasca həkim olan millət vəkili Qənirə Paşayeva deyib.

Deputat qeyd edib ki, ailələr, valideynlər tərəfindən, demək olar ki, hər gün ona və digər millət vəkillərinə bununla bağlı çoxsaylı müraciətlər daxil olur:

“Hər gün bununla bağlı müraciətlər alırıq. Bu, çox ciddi, təhlükəli bir hədd alıb. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Bu, adi bir xəstəlik deyil, böyük bir bəladır.

Ona görə hesab edirəm ki, həm bu xəstəliklə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunmasına, həm də bu istiqamətdə ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var. Bu insanlara, autizmdən əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir”.

Millət vəkili sonra antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunub.

Qeyd edib ki, çox təəssüflər olsun ki, son illər antibiotiklərdən istifadə edənlərin sayı çoxalıb, xüsusilə də uşaqlara daha çox antibiotiklər verilir:

“Özü də çox zaman heç bir həkim məsləhəti, həkim resepti olmadan insanlar, valideynlər istədikləri apteklərdən antibiotiklər alır və istifadə edirlər. Daha çox da uşaqlara bu antibiotiklər verilir. Hesab edirəm ki, bu, çox təhlükəli və qorxulu bir məsələdir.

Çünki bunlar gələcəkdə uşaqların eşitməsində, görməsində fəsadlar törədə bilər. Ona görə antibiotiklərin satışı, istifadəsi məsələsi ciddi diqqətə, nəzarətə alınmalıdır, bu məsələdə özbaşınalığa son qoyulmalıdır və həm də qanunvericiliyin müddəaları sərtləşdirilmlədir”.

Q. Paşayeva cəmiyyətdə, insanlar arasında depressiya hallarının artmasından narahatlığını bildirib və bu məsələ ilə də bağlı ictimai dinləmələrin keçirilməsinin vacibliyini sözlərinə əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR