Dərc edildi: Baxış sayı: 1150
Qənirə Paşayeva da komitə sədri seçildi
Milli Məclisin bugünkü ilk iclasında sensasiya sayıla biləcək seçimlərə imza atılıb.
Vətəndaş Həmrəyliyi Partiyasından olan millət vəkili Fəzail İbrahimlinin vitse-spiker postuna YAP tərəfindən namizəd irəli sürülməsi və onun bu vəzifəyə seçilməsi diqqəti cəlb edib.
Beləliklə, MM tarixində müxalifətdən olan deputatın hakim partiyanın dəstəyi ilə vitse-spiker vəzifəsini tutması faktı ilk dəfə olaraq yaşanıb.
Digər sürpriz seçimlər isə bunlardır:
Qənirə Paşayeva (bitərəf) - Mədəniyyət komitəsinin sədri;
Adil Əliyev – vitse-spiker və Gənclər və idman komitəsinin sədri;
Fəzail İbrahimli (VHP) - İctimai birliklər və dini qurumlar komitəsinin sədri;
Zahid Oruc (bitərəf) - İnsan hüquqları komitəsinin sədri.
Mənbə: Bakupost.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət