Slimfit
  1. MARAQLI

Qəhvənin məşq zamanı faydalı olduğu təsdiqləndi

Qəhvənin məşq zamanı faydalı olduğu təsdiqləndi
Sakura

Qəhvənin məşq zamanı faydalı olduğu təsdiqləndi

Alimlər qrupu məşq nəticəsində qəhvənin faydalı olub-olmadığını araşdırıblar. Nəticədə müəyyən olunub ki, intensiv yüklənmə zamanı qəhvəni optimal həddə istifadə etmək olar.

Medpress.az-ın xarici mətbuataistinadla verdiyi xəbərə görə, məlum olub ki, qəhvənin norması insanın çəkisindən asılı olaraq hesablanır. Alimlər isə qəhvənin xeyirli və zərərli olması ilə bağlı çoxdan mübahisə edirlər.

Bəzi araşdırmalar sübut edib ki, qəhvə içkisi onu orta miqdarda istifadə edəndə xeyirlidir. Ancaq Avstraliya və ABŞ-dan olan alimlər müəyyənləşdirmək qərarına gəliblər ki, konkret hansı miqdarda qəhvə xeyirlidir.

Eksperiment zamanı alimlər iştirakçılarının sayı 4,8 min nəfərdən az olmayan 300-ə yaxın elmi işi hərtərəfli öyrəniblər. Nəticədə müəyyən olunub ki, məşqdən əvvəl qəhvə içməklə orqanizmin dözümlülüyünü 2 faizdən 16 faizə qədər artırmaq olar.

Ekspertlər, həmçinin müəyyənləşdiriblər ki, çəksi 70 kiloqram olan insanların fiziki iş qabiliyyətinin yüksəltmək üçün 210-420 milliqram qəhvə içməsi vacibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR