Slimfit
  1. TARİX

Qədim Misirdə hamiləliyi necə test edirdilər?

Qədim Misirdə hamiləliyi necə test edirdilər?
Sakura

Qədim Misirə aid hamiləlik testi deşifrə edildi

Qədim Yunan papirüsünün bir parçasını oxuduqdan sonra danimarkalı alimlər Misirlilərin hamiləliyi və gələcək uşağın cinsini necə təyin etdiklərini öyrəniblər.

Kopenhagen Universitetinin misirşünaslıq şöbəsində Karlsberq fondu tərəfindən hədiyyə edilmiş papirus kollensiyası var. Mətnlərin əksəriyyəti iyeratik və demotikdir, yəni misir dilinin həm erkən, həm də son mərhələsinə aid formada yazılıb. Papirusun deşifrə olunması indi də davam etdirilir: alimlər hələ çox iş görməlidirlər. Bu günə qədər mətnlərin arasında astronomiya, botanika və tibb üzrə araşdırmalar tapılmışdır.

Bu yaxınlarda beynəlxalq misirşünaslıq komandası Kim Riholt (Kim Ryholt) universitet kolleksiyasının başçısının rəhbərliyi altında daha bir Karlsberq papirusunu oxudu. Onda böyrək xəstəliklərindən bəhs olunur və bu, bu orqanların adı çəkilən ən qədim mətndir. Papirusun yaşı haqqında məlumat verilmir, amma məlumdur ki, o, kolleksiyaya Tebtunis şəhəri - XII sülalənin fironu III Amenemhetom tərəfindən eramızdan əvvəl 1800-cü ildə təsis edilmiş şəhərin kitabxanasından daxil olmuşdur. Məşhur İskəndəriyyə kitabxanası xeyli sonra yaradılmışdır. 

Daha bir oxunmuş mətndə hamiləlik testinin şərhi və gələcək uşağın cinsinin müəyyən olunması metodu var. Bunun üçün 3,5 min il əvvəl hamilə qadın növbə ilə “arpa və buğda samanından hazırlanmış kisələrə işəməli” idi. Hansı kisədə cücərtinin daha tez yaranmasından asılı olaraq, uşağın cinsi təyin olunurdu: birinci halda oğlan, ikinci halda isə qız. Əgər heç bir kisədə cücərti olmasa idi, qadın hamilə hesab olunmurdu”, - tədqiqatçılar deyirlər.

Onlar qeyd edirlər ki, qədim misirlilərin ideyaları bütün dünyada geniş yayılmışdı: onların təsirini sonrakı Yunan və Roma ədəbiyyatı, Yaxın Şərq və Avropada hiss etmək olar. Xüsusilə, analoji hamiləlik testi 1699-cu il alman folkloru toplusunda yer alır. Günümüzə qədər bu test tibbə alternativ yanaşma variantı kimi dərc olunur.

 

Mənbə: Nat-geo.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR