Slimfit
  1. İDMAN

'Qəbələ'nin sabiq baş məşqçisi: 'Futbolçular yardımdan imtina etməyib'

'Qəbələ'nin sabiq baş məşqçisi: 'Futbolçular yardımdan imtina etməyib'
Sakura

'Qəbələ'nin sabiq baş məşqçisi: 'Futbolçular yardımdan imtina etməyib'

Rusiyanın “Lokomotiv” klubunun baş məşqçisi Yuri Syomin futbolçuların maaşlarını azaltmağa hazır olduqlarını bildirib.

Report” xəbər verir ki, 73 yaşlı mütəxəssis bu barədə şəxsi “Instagram” hesabında açıqlama yayıb. “İndi baş verən müzakirə ölkəmizdəki epidemiyaya daha çox fayda verəcək! Oyunçular heç vaxt yardımdan imtina etməyiblər və yenə qətiyyətlə razılaşacaqlar” deyə baş məşqçi vurğulayıb.

Qeyd edək ki, Rusiyada "Zenit", "Spartak" və "Dinamo"nun oyunçuları maaşlarının azalmasına razı olublar. "Lokomotiv"in futbolçularının isə buna etiraz etdikləri bildirilib. 

Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR