Slimfit
  1. İDMAN

"Qəbələ"nin baş məşqçisi geri dönüşdən danışdı

"Qəbələ"nin baş məşqçisi geri dönüşdən danışdı
Sakura

"Qəbələ"nin baş məşqçisi geri dönüşdən danışdı

"Sumqayıt"la oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik var idi. Qələbə qazanmaq üçün alışıb yanırdıq. Futbolçularda istək daha çox oldu, gərginlik yarandı. Çalışacağıq, qarşıdakı matçlarda öz oyunumuzu göstərək. İlk hissədə standart vəziyyətlərdən qollar buraxdıq. Qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik, çalışacağıq onlar təkrarlanmasın.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 9-cu turunda "Sumqayıt"la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

"Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Bu görüşdə uduza da bilərdik, qalib gələ də bilərdik. Müdafiədəki boşluqlar bizi narahat edir. Futbolçulara verilən tapşırıqların yerinə yetirilməsi alınmadı. Bunu da gərginliklə bağlayardım. Həm Rasim Ramaldanov, həm də Bəhlul Mustafazadə inandığımız futbolçulardır. Futbol səhvsiz olmur. Qarşılaşmanı analiz edəcəyik, problemləri aradan qaldırmağa çalışacağıq” - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR