Dərc edildi: Baxış sayı: 526
Qəbələdə şəhid generalın soyadını daşıyan komanda yaradıldı
Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.
Region Liqasının “Facebook” səhifəsinin xəbərinə görə, şəhid general Polad Həşimovun soyadını daşıyan komanda onun doğulduğu Qəbələnin Vəndam kəndini təmsil edəcək.
Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayorun soyadını əbədiləşdirən “Həşimov” Region Liqasında çıxış edəcək.
Qeyd edək ki, Qəbələnin bu liqada təmsilçisi yox idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət