UEFA Gənclər Liqasında keçiriləcək “Qəbələ” – “Herta” (Almaniya) oyununa hakim təyinatları müəyyənləşib.
Qol.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, Çempionlar yolunun II mərhələsinin ilk oyununu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qəbələ şəhər stadionundakı görüşün baş hakimi Daniyar Saxi, onun köməkçiləri isə Rustam Matyakubov və Maral Abdikerov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Azərbaycan təmsilçisi İnqilab Məmmədov yerinə yetirəcək.
Matça AFFA-nın Hakimlər Departamentinin sədri avstriyalı Fritz Stuchlik hakim-inspektor, monteneqrolu Aleksandra Ana Raspopoviç isə UEFA nümayəndəsi kimi təyinat alıb.
Xatırladaq ki, noyabrın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Herta” oyunu saat 17:00-da başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət