Slimfit
  1. İDMAN

Qazaxıstanlı məşqçi: Bakıda Milli Gimnastika Arenasında keçirilən yarış yüksək səviyyədə təşkil olunub

Qazaxıstanlı məşqçi: Bakıda Milli Gimnastika Arenasında keçirilən yarış yüksək səviyyədə təşkil olunub
Sakura

Qazaxıstanlı məşqçi: Bakıda Milli Gimnastika Arenasında keçirilən yarış yüksək səviyyədə təşkil olunub

Bakıda Milli Gimnastika Arenasında keçirilən yarış yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi yarışları çərçivəsində Qazaxıstan yığmasının məşqçisi Diana Suzdikova deyib.

Məşqçi bildirib: "Bakıda keçirilən yarışlar yüksək səviyyədə təşkil olunub. Komandamızda hamı razılıq edir. Yüksək səviyyədə təşkilatçılıq gimnastlar üçün motivasiyadır və daha böyük nəticələr əldə etməyə sövq edir. Gimnastika arenasında bütün zəruri şərtlər həyata keçirilib. Mən özüm də idmançı olmuşam, deyə bilərəm ki, ən yaxşı təşkilatçılıq məhz buradadır. Məşq zalı, arena, personal - bir sözlə, hər şey möhtəşəmdir".

Qazaxıstanlı məşqçi komanda üzvlərinin çıxışlarından da razılıq edib:

"Mənim yetirmələrim üçün bu ilk beynəlxalq turnir idi, düşünürəm ki, onlar pis çıxış etmədilər. Etiraf edirəm ki, onların həyəcanlı olacağını və proqramı unudacağını düşünürdüm. Lakin onların çıxışından məmnun qaldım".

 

Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Əvvəlcə 7-8 yaşlı gimnastlar fərdi və üçlük proqramında çıxış ediblər.

Fasilədən sonra 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübariz aparır.

Final mərhələsi sabah baş tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR