Dərc edildi: Baxış sayı: 521
Qazaxıstanın iki əsas şəhəri karantinə bağlanır
Qazaxıstanın paytaxtı Nur-Sultan və ən iri şəhəri olan Almatıda COVİD-19 virusunun yayılması ilə bağlı və virusun başqa şəhərlərə də yayılmasının qarşısını almaq məqsədilə martın 19-dan etibarən karantin çərçivəsində əlavə məhdudiyyətlər tətbiq olunacaq.
“Report” “Sputnik Qazaxstan”a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti yanında Fövqəladə vəziyyətin tətbiqi komissiyası qərar verib.
Karantin çərçivəsində tətbiq olunacaq məhdudiyyətlər sırasında ictimai nəqliyyatın gecə vaxtı fəaliyyətinin dayandırılması, ərzaq və dərman satışından başqa, bütün ticarət müəssisələrinin bağlanması da var.
Qeyd edək ki, Qazaxıstanda bütövlükdə 32 nəfər yeni koronavirusa yoluxub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət