Dərc edildi: Baxış sayı: 465
Qazaxıstanda məmurlar xidməti avtomobillərdən imtina etdilər
Astanada məmurlar qara xidməti avtomobillərini ekonom-taksilərlə əvəzləyib.
Oxu.Az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, hazırda şəhər idarəçiləri və dörd rayonun nümayəndələri işə “Astana Taxi” şirkətinin avtomobilləri ilə gedirlər.
Taksilərdən istifadə beş il ərzində milyard təngə (2,7 milyon dollar) qənaətə səbəb olacaq. 64 ədəd xidməti avtomobil isə məktəb və xəstəxanalara veriləcək.
Yerli taksi sürücüsünün fikrincə, yerli məmurlar çox tez-tez Nazirlər Evinə gedirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət