Slimfit
  1. DÜNYA

Qazaxıstan Rusiyaya kosmik turizmi inkişaf etdirməyi təklif edib

Qazaxıstan Rusiyaya kosmik turizmi inkişaf etdirməyi təklif edib
Sakura

Qazaxıstan Rusiyaya kosmik turizmi inkişaf etdirməyi təklif edib

 Qazaxıstan Rusiyaya kosmik turizmi inkişaf etdirməyi təklif edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Prezident Nursultan Nazarbayev ölkənin Petropavl şəhərində keçirilən XV Qazaxıstan-Rusiya regionlararası əməkdaşlıq forumunda çıxışı zamanı belə bir fikir səsləndirib. 

"Turizmin inkişafı üçün böyük müştərək işlər görülsə də, bəzi məsələlər var ki, müzakirə olunmalıdır. Məsələn, turistlərin daha rahat gedib-gəlməsi üçün sərhədlərimizdəki keçid məntəqələrinin modernləşdirilməsi, turizmlə bağlı nəqliyyat-logistika infrastrukturlarının təkmilləşdirilməsi, birgə səylərimizlə Xəzərdə turizmin inkişaf etdirilməsi, kosmik turizminin bərqərar olunması v s.”, - dövlət başçısı bildirib. 

Qeyd edək ki, sözügedən forum “Qazaxıstan və Rusiya turizminin inkişafında yeni meyillər və yanaşmalar” adı altında təşkil olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR