Slimfit
  1. AZƏRBAYCAN

Qazaxıstan ikili vətəndaşlığı olan şəxslərlə bağlı Azərbaycan ilə saziş imzalamağı planlaşdırır

Qazaxıstan ikili vətəndaşlığı olan şəxslərlə bağlı Azərbaycan ilə saziş imzalamağı planlaşdırır
Sakura

Qazaxıstan ikili vətəndaşlığı olan şəxslərlə bağlı Azərbaycan ilə saziş imzalamağı planlaşdırır

Qazaxıstan ikili vətəndaşlığı olan şəxslərin müəyyən edilməsi məqsədi ilə Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır.

"Report" "Zakon.kz" saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər naziri Kalmuhanbet Kasımov parlament Məclisinin plenar iclasında bildirib.

Qeyd edək ki, palata sədri Nurlan Niqmatulinin sədrliyi ilə keçirilən iclasda deputatlar ikili vətəndaşlıq məsələlərini tənzimləyən "Qazaxıstan hökuməti və Tacikistan hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında" qanun layihəsini təsdiq ediblər.

DİN başçısının sözlərinə görə, ikili vətəndaşlığı olan bütün şəxslər əsasən sərhəd xidmətləri tərəfindən müəyyənləşdirilib.

"Müəyyən etdiyimiz 15 min nəfər əsasən sərhəd xidmətləri və sosial xidmətlərimiz tərəfindən üzə çıxarılıb. Sazişi imzalasaq, vətəndaşımızın başqa ölkəyə daxil olması, orada vətəndaşlıq alması kimi məlumatlar dərhal alınacaq. Bu, ilk belə sazişdir. Rusiya, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Ermənistan və Gürcüstanla da analoji sazişdən bağlamağı düşünürük", - nazir deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR