Slimfit
  1. AZƏRBAYCAN

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi ictimaiyyətə təqdim edilib

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi ictimaiyyətə təqdim edilib
Sakura

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi ictimaiyyətə təqdim edilib

Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar toplantı və layihənin təqdimat mərasimi keçirilib.

Toplantıda rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, “Sukanal” ETLİ-nin Su mənbələrinin tədqiqi və işlənməsi şöbəsinin rəisi Elkin Rüstəmov, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramil Sadıqov, Layihə İdarəetmə qrupunun rəhbəri Arzuman Bayramov, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə direktor müavini Anar Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və respublikamızın bütün bölgələrinin inkişafını təmin edən uğurlu islahatlardan, dövlət proqramlarından, eləcə də Qazaxda icra olunan layihələrdən danışıb.

Rəcəb Babaşov respublikanın ən ucqar rayonunda, düşmənlə 168 kilometr həmsərhəd olan Qazaxda bu layihənin icrasına başlanmasını əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək qiymət kimi dəyərləndirib və buna görə dövlətimizin başçısına ictimaiyyət adından minnətdarlığını bildirib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov çıxış edərək respublikamızda əhalinin içməli su və müasir kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, son dövrlərdə Prezident İlham Əliyevin bu sahədə imzaladığı çoxsaylı sərəncam və fərmanları qeyd edib. Bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən söz açan E.Musayev, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzlərinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. Qazaxda da su-kanalizasiya sisteminin yenidən qurulmasını bu sahədə görülən işlərin davamı olduğunu deyib.

Qeyd olunub ki, layihənin sifarişçisi “Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi qurum isə “Gentek Consult” şirkətidir. İki il müddətində həyata keçiriləcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər nəzərdə tutulub.

Daha sonra Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin təqdimatı olub.

Təqdimat zamanı bildirilib ki, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel aparılacaq. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması planlaşdırılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR