Slimfit
  1. CƏMİYYƏT

Qaz sayğacları ilə bağlı yeni qərar nəyi dəyişəcək?

Qaz sayğacları ilə bağlı yeni qərar nəyi dəyişəcək?
Sakura

Qaz sayğacları ilə bağlı yeni qərar nəyi dəyişəcək?

Qaz sayğaclarına metroloji xidməti Azərbaycan Metrologiya İnstitutu təmin edəcək.

 

Ens.Az xəbər verir ki,bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

 

Məlumata görə, onların tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz" İstehsalat Birliyi (İB) arasında müqavilə imzalanıb.

 

Müqaviləyə əsasən, “Azəriqaz” İB-nin “Sayğacların müayinəsi laboratoriyası”nın idarə edilməsi AzMİ-yə verilir:

 

"Müqavilənin bağlanılmasında əsas məqsəd sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın təchizatçı müəssisənin nəzarətindən çıxarılaraq bu prosesin müstəqil tərəfə ötürülməsindən ibarətdir."

 

Açıqlamaya görə, laboratoriyada ölçmə vasitələrinin yoxlanılması, bu vasitələrin metroloji tələblərə (xəta normalarına) uyğunluğunun təyini, təsdiqi, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi işləri icra olunacaq: "Həmçinin qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçiriləcək".

 

Bu vaxta qədər bir sıra vətəndaşlardan belə şikayətlər olmuşdu ki, sayğaclar artıq yazır və şikayətləri ədalətli araşdırlmır.

 

Mövzu ilə bağlı, hələlik, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə ayrılıqda danışmaq mümkün olmayıb. Amma Milli Məclisin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna deyib ki, bununla bağlı qanunverici orqanda da məsələ qaldırılıb.

 

Vahid Əhmədov sayğacların yoxlanılmasının təchizatçı deyil, müstəqil təşkilat tərəfindən həyata keçirilməsini doğru qərar sayır.

 

“Sayğacların yoxlanılmasını, testdən keçirilməsini Metrologiya İnstitutu həyata keçirirdi. Tamamilə ona verilməsi əhalidə şikayətlərin qarşısını ala bilər. Guya, müdaxilərin olduğu deyilirdi. Amma Metrologiya İnstitutunda sayğaclar yoxlanılır, qeydiyyatdan keçirilir və möhür vurulduqdan sonra şübhə qalmayacaq. Metrologiya İnstitutunun əsas məqsədi də cihazların normal fəaliyyətidir”.

 

Vahid Əhmədov düşünür ki, müəyyən qədər şəffaflıq olacaq.

 

“Çünki Metrologiya İnstitutu ciddi məsuliyyət daşıyır, cihazı yoxlayandan sonra sertifikatları bu qurum verəcək. Kifayət qədər metrologiya sahəsilə tanışlığım olduğundan Metrologiya İnstitutunda öz işinə ciddi yanaşan mütəxəssislərin olduğunu bilirəm”.

 

"Problemin sistemdə, yoxsa hansısa qurumda olmasına gəlincə", deputat bu suala cavab verməyin çətin olduğunu bildirib: "Sonuncu möhürü onlar vuracaq”.

 

“Ümumiyyətlə, sayğacların istehsal olunduğu müəssisələr var ki, orda da problemlər mümkündür. Yaxud quraşdırılması ilə əlaqədar təşkilatlardan da problemlər qaynaqlana bilər. Elə bir zəncirvari prosesdir ki, müəyyənləşdirmək çox çətindir. Amma Metrologiya İnstitutu müəyyən edəcək, çünki sonuncu möhürü onlar vuracaq”.

 

İqtisadçı Məmməd Talıblı isə hesab edir ki, əslində, bir qurum tərkibində bir, iki təşkilatın varlığı və onlardan birinin icraçı, digərinin nəzarətçi qurum olması özlüyündə maraqlar konfliktinə gətirib çıxarır.

 

"Yaxşı olar ki, həmin qurumlar vahid loqo altında fəaliyyət göstərən təşkilat vahidləri olmasın. Təsəvvür edin ki, Maliyyə Nazirliyi həm dövlət büdcə xərcləmələrini həyata keçirən fiskal qurumdur, digər tərəfdən isə onun aidiyyatı agentliklərindən biri büdcə üzərində maliyyə təftişçiliyini, nəzarəti həyata keçirən qurumlardır."

 

Onun fikrincə, halbuki, büdcənin şəffaf və hesabatlı olması Hesablama Palatası ilə Maliyyə Nazirliyi arasında hər hansı bir bağlılığın olmamasından qaynaqlanmalıdır:

 

 

"Onlar arasında maraqlar konfliktinə səbəb olan hansı hallar vardısa, bundan qaçmalıdırlar. İnstitusional mexanizmlər onu əngəlləməlidir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR