Slimfit
  1. CƏMİYYƏT

Qaxa 15 sm qar yağıb - Faktiki hava

Qaxa 15 sm qar yağıb - Faktiki hava
Sakura

Qaxa 15 sm qar yağıb - Faktiki hava

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, martın  17-si gündüzədək  ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən yağıntının miqdarı Bakıda 0.4, Sumqayıtda 0.3, Zabrat, Maştağada  0.1, Astara, Lənkəranda 9, Yardımlıda 4, Biləsuvar, Lerikdə 1, Balakəndə 34, Zaqatalada 31, Sarıbaşda (Qax) 26, Şəkidə 21, Qəbələdə 19, Oğuzda 16, Kişçayda (Şəki) 13, Şamaxıda 8, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Xınalıqda 2, Xaçmaz, Şahdağda 1, Mingəçevirdə 12, Göyçayda 8, Kürdəmirdə 7, Bərdədə 6, Yevlaxda 4, Zərdab, Beyləqanda 3, Sabirabadda 2, Ceyrançöl, Cəfərxan, Ağsu, Qazıməmməddə 1, Ağdam, Gəncə, Tərtər, Naftalanda 6, Şəmkirdə 3, Tovuzda 2, Göygöldə 14, Daşkəsən, Gədəbəydə 12, Sədərəkdə 5, Naxçıvanda 4, Şahbuz, Ağdərədə 3, Şərur, Ordubadda 1 mm olub.

Sumqayıt, Göygöl, Naftalan, Qrız, Tərtər, Bərdə, Qəbələ, Göyçay, Lerikdə duman  müşahidə olunub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 15, Daşkəsəndə 14, Şahdağda 9, Xınalıqda 6, Göygöldə 3, Gədəbəydə 2, Altıağac, Xaltan, Kişçayda (Şəki) 1 sm-ə çatıb.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Maştağa və Naftalanda 30 m/s, Bakıda 29 m/s, Neftçalada 26 m/s, Salyanda 25 m/s, Pirallahı və Sumqayıtda 24 m/s, Tərtər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Xaçmazda 16 m/s, Ağstafa və Zabratda 20 m/s, Çilov adası və Neft Daşlarında 25 m/s-dək güclənib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR