Slimfit
  1. DÜNYA

Qatilləri əfv etməsi Zurabişvilini impiçment təhlükəsi qarşısında qoydu

Qatilləri əfv etməsi Zurabişvilini impiçment təhlükəsi qarşısında qoydu
Sakura

Qatilləri əfv etməsi Zurabişvilini impiçment təhlükəsi qarşısında qoydu

Baş prokurorluq onu əfv fərmanına görə məsuliyyətə cəlb etmək istəyir

Gürcüstan prezidenti Salome Zurabişvili impiçment təhlükəsi ilə üzləşib.

“Kommersant” qəzetinin məlumatına görə, ölkənin baş prokurorluğu Cinayət Məcəlləsinin “Vəzifə səlahiyyələtrindən sui-istifadə”ni nəzərdə tutan 332-ci maddəsi ilə ona qarşı təhqiqata başlayıb. Hüquq-mühafizə orqanları dövlət başçısının administrasiyanın işçilərini sorğu-suala çəkəcəklər.

Cinayət prosesinə başlanılmasına əsas səbəb qətl üstündə hökm oxunmuş 3 qatilin - Ramaz Devadze, Aslan Bejanidze və Zurab Nadiradzenin əfv edilməsi ilə bağlıdır.

Qeyd olunur ki, prezidentin əfv fərmanı bu ilin avqust ayının 28-də imzalanıb. Həmin gün ölkədə Müqəddəs Məryəm ana günü kimi qeyd olunur.

Salome Zurabişvilinin imzaladığı əfv siyahıısında 39 şəxs olsa da ictimaiyyətin diqqətini məhz həmin 3 adam cəlb edib. Prezident həmin cinayətlərin qurbanlarının yaxınlarının sərt etirazları ilə üzləşsə də, əfv qərarının motvini açıqlamaqdan imtina edib. Dövlət başçısı, ümumiyyəltə, bu məsələni özünün müstəsna səlahiyyətləri daxilində olduğunu bildiriməklə kifayətlənib.

Gələn məlumatlarda Salome Zurabişvilinin əfv barəsindəki mövqeyinə məhkum olunan şəxlərin vəkillərinin onu məhkəmə qərarının ədalətsizliyinə, hökmün ictimaiyyətin və prokurorluğun təzyiqi ilə qəbul edildyinə inandırması təsir göstərib.

Maraqlıdır ki, müxalifət prokurorluğun təhqiqata başlamaq haqqında qərarını alqışlayıb. “Avropa Gücüstanı” partiyasından olan deputat Serqo Ratiani “qalmqaallı əfv fərmanının verilməsi prosesində korrupsiya və ya dgər cinayət elementlərinin olub-olmadığının” araşdırılmasını istəyib.

Gürcüstanın konstitusiya məhkəməsinin keçmiş sədri Avtandil Demetraşvili dövlət başçısının konstitusiyaya görə toxunulmaz olduğunu, lakin parlamentin üçdə ikisinin dəstəyi ilə impiçment presudurasının başlana biləcəyini söyləyib.

Hazırda parlamentdə yerlərin əksəriyyəti hakim “Gürcü arzusu” partiyasına məxsusdur. Lakin iqtidar partiyasının da Salome Zurabişvilinin son əfv qərarından qəzəbli olduğu xəbərləri gəlir. Çünki bu birbaşa onların lideri, milyarder Bidzina İvanişvilinin reytinqinə zərbə vurub.

Prezidentin son qərarından baş nazir Georgi Qaxariya da açıq şəkildə narazlığını ifadə edib.

Gürcü hüquq müdafiçəisi, 16 il prezidentin əfv komissiyasında çalışmış və 10 il bu orqana rəhbərlik edən Yelena Tevdoradze bu vaxta qədər heç bir prezidentə ağır cinayətlər üstündə, özü də qətlə görə məhkum edilən şəxlsərin əfv olunmasını təkilf etmədiyni bildirib.

Yelena Tevdorazde prezidentin komissiyasnın tövsiyələrinə məhəl qoymadan, heç kimlə məsləhətləşmədən və qyri-şəffaf informasiya qaynaqlarından istifadə edərək belə bir cəmiyyət üçün ağrılı sayılan qərar aldığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR