Slimfit
  1. TƏBİƏT

Qarışqa - kiçik canlının böyük dünyası

Qarışqa -  kiçik canlının böyük dünyası
Sakura

Qarışqa - kiçik canlının böyük dünyası

Qarışqa yer üzündə say etibarı ilə ən çox canlı sayılır. Yeni doğulan hər 40 körpənin qarşılığında dünyaya 700 milyon qarışqa gəlir. Son dərəcə gözəl təşkilatlanmış qaydada yaşayan qarışqalar azuqə ehtiyatı yaradanda balalar yuvanı qoruyur və hətta ehtiyac yaranarsa düşmənlə savaşa da girir. Qarışqaların nəsil artırmaq üçün xüsusi birlikləri var. Aralarında çox güclü ünsiyyət şəbəkəsi olan kiçik cücülər təşkilatlanma baxımından digər canlılardan çox üstündür. Qarışqa yuvadan çıxdığı andan işinin icrasına başlayır və onu sonadək yerinə yetirir.

Qarışqalar xaricən bir-birinə bənzəsələr də, yaşayış və fiziki xüsusiyyətləri baxımından təxminən 8 min növə ayrılır və hər növün özünəməxsus xüsusiyyəti var. Onların arasında ən çox maraq doğuran yarpaqkəsici qarışqa kimi tanınan “atda”lardır. Həmin qarışqaların əsas xüsusiyyəti qopardıqları yarpaq parçalarını başları üstündə tutaraq yuvalarına daşıma vərdişləridir. Onların yarpaq daşımalarını araşdıran alimlər qarışqaların ondan göbələk istehsalında istifadə etdiklərini öyrəniblər. Qarışqalar yarpağı yeyə bilmirlər, çünki onların orqanizmi bitkilərdə olan sellülozanı həzm etmir. İşçi qarışqalar yarpaq parçalarını tapdalayaraq bir yığın halına gətirir və yuvanın yer altındakı otaqlarında saxlayaraq yarpaqlar üzərində göbələk yetişdirir və göbələklərin tumurcuqlarından özləri üçün lazım olan zülalı əldə edirlər. Doğrudur, bu zaman zərərli göbələklərin törəmə ehtimalı var. Yarpaqları toplayarkən onların istifadə etdikləri tüpürcəkdə olan sirli maddə arzu olunmayan göbələyin meydana gəlməsinə maneə törədən antibiotik və yeni göbələyin inkişafını sürətləndirən maddə təsiri bağışlayır.

Qarışqaların fəaliyyəti zaman-zaman mərhələlərlə inkişaf edən sadə davranışlar deyil, əhatəli məlumatın və çox üstün ağlın məhsuludur. 1930-cu ildə fransız alimi öz bağçasında yanğınla mübarizə aparan qarışqa dəstəsi ilə rastlaşıb. Yuvaya yanan kibriti yaxınlaşdırarkən qarışqalar qarın nahiyələrində ifraz olunan turşu vasitəsilə alovu söndürməyə başlayıblar və buna cəhd göstərmələri onlarda şüurun olması anlamına gəlir.

Atda qarışqaların çox maraqlı özünüqoruma üsulları var. Yarpaqkəsici qarışqaların orta boylularının az qala bütün günü yarpaq daşımaqla keçir. Daşıma zamanı onların özünü qoruması çətinləşir, çünki müdafiə vasitəsi olan çənələri ilə yarpaq daşıyırlar. Yarpaq daşıyan işçi qarışqaların yanında daha kiçik boyluların gəzdikləri aşkar edilib. Onlar bir növ “cangüdən” funksiyasını yerinə yetirirlər.

Yuvalarının üzərini örtmək üçün qarışqalar ağcaqayın ağacının budaq və yarpaqlarından istifadə edərək onu 1,5 millimetrə çatan bitki qalıqlarından ibarət təpəciklə örtürlər. Örtük yuvanı isti saxlayır və onu yırtıcılardan qoruyur. Maya göbələyini daşıyan qarışqalar meşədə hərdən öz yerini dəyişir. Altı millimetr uzunluğunda olan qarışqalar həşərat və onların süfrələri ilə qidalanırlar. Bəzi qarışqa növlərinin yuvalarının dərinliyi 6 metrə çatır və 300 minədək qarışqanın yaşadığı yeraltı yuvalar var.

 

Mənbə: Azertag.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR