Slimfit
  1. MARAQLI

Nə üçün qarışqalar bir dairə ətrafında fırlanır?

Nə üçün qarışqalar bir dairə ətrafında fırlanır?
Sakura

Nə üçün qarışqalar bir dairə ətrafında fırlanır?

Qarışqa dairələri minlərlə qarışqadan ibarət ola bilər ki, onların hər birisi mənasız ölümə məhkumdur.

Qarışqalar kordur? Onlar ancaq iybilmə və toxunmaya güvənirlər və bəzən iybilmə onlarla qəddar oyun oynayır. Qarışqalar qida axtararkən feromon ifraz edir ki, digər qarışqalar onun arxasınca getsin. Əgər qarışqa qidanın qoxusunun mənbəsini itirirsə, o təsadüfən öz izinə rast gəlir və daha çox feromon ifraz edərək onun ardınca addımlayır.

Hormonu iyləyərək səyahətə digər qarışqalar qoşulur ki, bu da kimyəvi siqnalı gücləndirir. Qarışqalara elə gəlir ki, onlar daha dəqiq izlə gedirlər, əslində isə onlar gücdən düşüb ölənə qədər dairə ətrafında gəzirlər. Bu ölüm dairəsindən çox az sayda qarışqa sağ qurtulur.

Dünyada ən böyük qarışqa dairəsini amerikalı səyyah Uilyam Bib 1921-ci ildə Qayanada aşkar edib. Onun diametri 365 metr təşkil edib və iki gün ərzində davam edib.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: National Geographic Russia

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR