Slimfit
  1. MARAQLI

Qarğalar ölmüş dostları üçün görün nə edirlər

Qarğalar ölmüş dostları üçün görün nə edirlər
Sakura

Təəccüblü səslənsə də qarğalar da eynilə insanlar kimi ölüləri üçün yas saxlayırlar

Təəccüblü səslənsə də qarğalar da eynilə insanlar kimi ölüləri üçün yas saxlayırlar.

Metbuat.az bildirir ki, elm adamları qarğalarla bağlı son dərəcə maraqlı bir araşdırma edib. “Alaqarğa” olaraq tanınan quş öz cinsindən olan bir quşun ölüsünü gördükdə yemək axtarışına son verərək digər quşlara səslənir. Çağırışı eşidən alaqarğalar ölmüş quşun ətrafına toplanır.

Araşdırmaya görə bir qarğa digər qarğanın ölüsünü gördükdə fərqli şəkildə səslər çıxarmağa başlayır. Daha sonra budaqlara qonaraq qışqırmağa başlayırlar. Hətta bəzən sanki onu dəfn edirmiş kimi üstünü budaqlarla örtməyə çalışdığı da deyilir.

Daha sonra isə susaraq sanki yas saxlayırmış kimi ölü quşa baxırlar. Onların bu davranışının təhlükəyə qarşı verdiyi reaksiya və yaxud başqa məqsəd daşıyan bir hərəkət olduğunu anlamaq çətindir.

Qarğalar ən böyük düşmənləri olan meşə bayquşlarını gördükdə öz həmkarlarına xəbərdarlıq edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR