Slimfit
  1. DÜNYA

QARDAŞLIĞIN FƏRMANINA BAŞ ƏYİP, VƏFALI TÜRK QARDAŞINA DƏSTƏYƏ GƏLDİ !..

QARDAŞLIĞIN FƏRMANINA BAŞ ƏYİP, VƏFALI TÜRK QARDAŞINA DƏSTƏYƏ GƏLDİ !..
Sakura

QARDAŞLIĞIN FƏRMANINA BAŞ ƏYİP, VƏFALI TÜRK QARDAŞINA DƏSTƏYƏ GƏLDİ !..

Tarixdə Türk demək törəli, ədalətli, cəsur, mərd, mərhəmətli , güçlü insan deməkdir. Türk milləti olaraq hər zaman insani dəyərləri önəmsəmiş, məzlumun, məsumun yanında, zalımın qarşısında olmuşuq. Kim bilir bəlkə də bu səbəbdən bütün soysuzlar, vətənsiz xainlər, şərəfsizlər, çıxarcılar, vicdansızlar bizlərə qarşı  daima cəbhə alırlar və hər fürsətdə müqəddəs,qutsal dəyərlərimizə, bayrağımıza, Türk yurdlarına, vətən toprağımıza saldırırlar(1).

  Prof. Dr Tufan Gündüz bəyin söylədiyi kimi "Türk  gözlənəndir (bəklənəndir)". Bəli, Türk tarix boyu hər zaman ümidlə bəklənmişdir. Türk, zalımın zülmünə  məruz qalanın, zorda-darda qalan və çarəsiz olan ümmətin gözlədiyidir. Nə zaman ki, Türk'ün şanlı Tuğu, bayrağı bir səmada süzülərsə, hansı uca göylərdə dalğalanarsa orada dinçlik, rahatlıq vardır dəməktir(2). Elə bu səbəbdən düşmənə yurd olmuş olan, minarəsində azanı susmuş olan Türk yurdlarında Qarabağda, İrəvanda, Uyğur elində və daha bir çox işğal edilmiş Türk torpağlarında Türkün şanlı ordusu ümidlə gözlənilir. Tək Türk ulusudur-millətidir ki, əsla sömürgəçilik və faşistlik kimi bir qara ləkəni tarixinin səhifəsinə yazmamışdır. Türkün əli əsla məsumun qanına bulaşmamışdır. Ama biz Türklər əsil-nəcib atalarımız kimi nə qədər mərd və ədalətli olsaq da qarşımızdaki düşman  bir o qədər şərəfsiz, namərd, xain və məkirlidir. Biz bunu müasır çağımızda da yaşıyırıq və təcrübə edirik. Örnəyin, birilərinin, açıqca söyləyərsək Rusyanın və ortaqlarının (Fransanın da daxil olduğu məlum beşli şərr birliyinin) maşası olan  Ermənistan vəhşicə Türk yurdu Azərbaycanın tarixi toprağlarını işğal edir dünya bu ədalətsizliyə göz yumuyur. Bölgəmizdə güclənən iki Türk dövlətindən; Türkiyə və Azərbaycandan narahat olanlar, qorxuya düşənlər xaincə müxtəlif hiylələr, oyunlar qururlar. Çünki artıq bu coğrafiyada əvvəlki kimi at oynada bilmirlər. Sömürdükləri, sahibsiz saydıqları Türk yurdlarındakı diktatorluğunun yəni Sovet rejiminin devrildiyini, Azərbaycanın nefti, təbii qazı kimi doğal qaynaqları üzərindəki hakimiyyətini itirdiyini hələ də qəbul etməyən  Rusya da maşası olan Ermənilərə Fransanın  dəstəyi ilə xüsusi  sifarişlər verir onlar da 12 İyulda  Tovuz sərhəddinə, Türk yurdu Azərbaycana saldırmaq kimi hədsizliyə başlayırlar.

  Hələ bu azmış kimi 23 İyulda da Rusya Ermənistanla Ermənistanda əsgəri təlim tətbiqatı həyata keçirir. Bunu da işğalçı Ermənilərin Müdafiyə Nazirliyinin Sözçüsü Şuşan Stepanyan, Facebook hesabından elan edir və tətbiqat sırasında SİHA’lara (silahlı insansız uçuş aracı) qarşı yeni mübarizə yöntəmlərini öyrəndiklərindən bəhs edərək , "Tətbiqata Rus və Erməni hava müdafiə sistemlərinin komandirləri, Rus ve Erməni ovçu savaş uçaqları və Ermənistan ordusunun hava müdafiə sisteminin bütün birlikləri iştirak edir.” (3) deyə bildirir. Beləcə Rusya ilə gövdə göstərisi edən,”güc nümayiş etdirən  Ermənistan özünə xas tərzdə hədsizcə övünməyə davam edir. Bununla da Rusya da coğrafiyamızda hələ  də söz sahibi olduğunu sübut etməyə çabalayarkən bir çıxmazın içərisində dəbələnib durur. Əslində Rusya və Ermənistanın oynadıqları Ali Cengiz oyununda ( Türkiyə ( ləhçəsində) Türkçəsində bir deyimdir və hiylə ilə iş edənlərin qurduqları tələlərə və ağla gəlməyən tuzağlarına işarə etmək məqsədi ilə deyilir) özlərinin yoxa çıxacaqlarının, rəzil olacaqlarından  xəbərləri hələlik yoxdur.

Qədim Oğuz Türk yurdu, ərlərin, ərənlərin yurdu olan Azerbaycanımıza isə 1918- ci  ilde Bakının qurtuluşu üçün Qafqaz Türk İslam Ordusunun yetişdiyi kimi bu dəfə də özünün qan qardaşı olan Türkiyə Türk Cumhuriyyətinin Ordusu dəstək oldu. Türk dünyasının söz ustadı, Azərbaycanlı şair Əhməd Cavadın 1918-ci ildə yardıma gələn Türk əsgərləri üçün yazdığı "Ey Əsgər" şeirindəki tabirlə, ifadə ilə  "Qardaşlığın fərmanına baş əyip", qardaşının dəstəyinə , imdadına yetişdi. Beləcə 28 iyulda iki qardeş ölkənin; Türkiyə və Azərbaycanın  birgə genişmiqyaslı ortaq əsgəri  təlim tətbiqatına qatılacaq Türk əsgərləri Azərbaycana gəldi. Türk əsgəri, Türk yurdu  Azerbaycana  bağlı Naxçıvan Özərk(muxtar) Cumhuriyyətinin Sədərək sərhət keçidində, Araz çayı üzərindəki Ümid Körpüsündə(Könül Körpüsü) törənlə qarşılandı. Törəndə -tədbirdə İstiklal Marşı və Azərbaycan milli marşı səsləndirildi, bayraq dəyişimi edildi. Türkiyəli Türk  əsgər  qan, can qardaşı Azərbaycan Türkü əsgərlə Araz çayı üzərindəki  Ümid Körpüsündə salamlaşdı. Tam da bu səhnə mənə yenə Türk dünyasının ünlü şairi ,söz ustadı ,Turan sevdalısı Əhməd Cavadın "Çırpınırdı Qaradəniz" şeirində Türk'ün vəfasından bəhs etdiyi bu misraları  xatırlatdı:

Çırpınırdı Qaradeniz ,

Baxıb Türk'ün bayrağına !

Ah ölmeden bir görseydim 

Düşə bilsəm toprağına!.

Ayrı düştüm dost elindən

İllər var ki çarpar sinəm 

Vefalıdır gəldi-gedən

(Vefalı Türk geldi yine) 

Yol ver Türk'ün bayrağına!

Selam Türk'ün bayrağına. 

İncilər tök gəl yoluna,

Sırmalar sərp sağ, soluna!

Fırtınalar dursun yana, 

Yol ver Türk'ün bayrağına!.

Selam Türk'ün bayrağına

  Bu arada diqqətinizi Araz çayı üzərində Türk əsgərlərinin qarşılandığı körpünün isminə yönəltmək istərim. Çünki Azərbaycanın Türkiyə sərhəddinin yanı başındakı körpünün isminin "Ümid Körpüsü" Türkiyə ləhçəsindəki deyimi ilə  "Umut Köprüsü"  olması çox manidardır. Mənası isə yəni bu körpü, qardaşlığa, dostluğa, dəstəyə ve ümidə açılan qapıya  gedir deməkdir. Ümid Körpüsünə "Könül Körpüsü" də deyilir. Bu da əslində anlayan və iki qardaş ölkənin; Azərbaycanın və Türkiyənin qardaşlığını bilənlər üçün dərin tarixi mənalar ifadə edir.

 Bəhs etdiyimiz, Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi  genişmiqyaslı əsgəri havadan və qaradan (torpaq yolundan) döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə  29 iyulda başlanılmışdır. İki ölkənin hava qüvvətlərinin də qatıldığı 29 İyulda  başlatdığı tətbiqatda  Türkiyə və Azərbaycanın savaş uçaqlarından da istifadə edilmişdir. Tətbiqat Bakı, Naxçıvan, Gəncə, Kürdəmir ve Yevlaxda həyata keçirilmiş ve 10 avqustda sonlandırılmışdır. Bakı ve Nahçıvan'da 1 avqustda  başlayıb ,5 avqustda bitən qara (torpaq yolu) qüvvətlərinin həyata keçirdiyi tətbiqatda müxtəlif əmirlər icra edilib, zırhlı araçlar, top və havanlardan təmsili düşman hədəflərinə atışlar edilirdi.

Bu genişmiqyaslı,  güçlü hərbi təlimlərlə Türkiyə və Azərbaycan əsgəri düşmənə gözdağı verərək "ağlınızı başınıza alın!” deyir. Qardaş Türkiyə can, qan qardaşı Azərbaycanımızın yanında olduğunu sübut edir.  Türkiye Cumhuriyyətinin Millî Müdafiə Naziri Hulusi Akar Azərbaycana gedərək, düşmana gərəkli və çox önəmli mesaj vermişdir. Beləce Vəfalı Türk vəfasının gərəyini edir!. Vəfalı Türk, Bəklənən,gözlənən Türk gəldi yenə!. Allah c.c qardaşlığımızı daimi eyləsin! Amin, Amin.

Nə Mutlu Türküm Deyənə!

P.S: Türk komutan İshak ÇELİK beye, her zaman verdiği değerli bilgiler ve destek için özellikle teşekkür ederim. Saygılarımla.

 

YAZAR: AYNUR TALIBLI. Tarih ve Medeniyet Araştırmacısı. İstanbul 13.08.2020

Yararlanılan kaynaklar:

1.Aynur Talıblı'nın "Şanlı Türk Bayrağının Üzerinden Kirli Ellerinizi Çekin!" isimli makalesinden.

2. Aynur Talıblı'nın  "Kutlu Zafer:Bakü" ve ya "TRT'ye sesleniyorum : “KUTLU ZAFER BAKÜ" dizi yapılmalı"isimli makalesinden.

3. ANADOLU AJANSI . Ali Cura "Ermenistan ile Rusya SİHA’lara karşı ortak mücadele tatbikatı başlattı".23.07.2020. 

CNN TÜRK."Son dakika... Azerbaycan'la ortak tatbikata katılacak Türk askerleri Nahçıvan'a geldi" 28.07.2020.

www.cnnturk.com/turkiye/son-dakika-azerbaycanla-ortak-tatbikata-katilacak-turk-askerleri-nahcivana-geldi.

ANADOLU AJANSI. Ruslan Rahimov "Türkiye ile ortak tatbikat Azerbaycan basınında  geniş yer buldu" 28.07.2020.

https://www.aa.com.tr/tr/dunya/turkiye-ile-ortak-tatbikat-azerbaycan-basininda-genis-yer-buldu/1925003.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR