Dərc edildi: Baxış sayı: 538
Qardan sonra canavarlar kəndə hücüm çəkdi - Qubada
Qubada qardan sonra canavar sürüsü kəndə girib. Sürü halında dolaşan canavarlar sakinləri narahat edib.
Canavarlar daha çox Qubanın Xınalıq kəndində müşahidə edilib. Kənd sakinləri Atv.az-ın bölgə müxbirinə bildiriblər ki,qar yağandan sonra kəndin ətrafında çoxlu sayda canavar sürüsü dolaşmağa başlayıb. Canavarların sayı 7-8 bəzən isə daha çox olub. Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, kənddə sürü halında dolaşan canavarlar sakinlərə heç bir ziyan vurmayıb. Amma sakinlər onların kənd üçün təhlükəli olduğunu bildirir. Onlar deyir ki,canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə də vurmağa çəkinirlər.
Mənbə: Atv.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət