Slimfit
  1. CƏMİYYƏT

“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik edildi

“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik edildi
Sakura

“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik edildi

“Qarabağ” Bakıda “Bayer 04” klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan çempionunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-i saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR