Dərc edildi: Baxış sayı: 440
“Qarabağ”ın matçında fiziki məhdudiyyətli insanlara sürpriz
“Qarabağ” Azərbaycan Premyer Liqasının XIII turunun “Keşlə” ilə oyununda fiziki məhdudiyyətli bir neçə nəfərə kiçik sürpriz edib.
Oxu.Az xəbər verir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq həmin şəxslər “Qarabağ” – “Keşlə” matçından öncə meydana futbolçularla çıxıb.
Ağdam klubunun futbolçuları “ƏngəlSİZsiniz” pankartı açaraq hər zaman onların yanında olduqlarını göstərib. Onu da bildirək ki, bu təşəbbüs “Qarabağ”ın sadiq azarkeşi Sevinc Məmmədova tərəfindən gəlib.
Qeyd edək ki, görüş “Qarabağ”ın autsayder “Keşlə”ni 5:1 hesabı ilə darmadağın etməsi ilə nəticələnib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət