Dərc edildi: Baxış sayı: 512
'Qarabağ'ın futbolçusunun komandası 'Gold Cup'da mübarizəni dayandırıb
“Qarabağ” klubunun futbolçusu Donald Gerryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da mübarizəni dayandırıb.
“Report”un məlumatına görə, 30 yaşlı sol cinah oyunçusunun komandası yarımfinalda Meksika yığmasına uduzub - 0:1. Matçın taleyini əlavə vaxtda - 93-cü dəqiqədə Raul Ximenesin vurduğu qol həll edib.
Start heyətində yer alan Gerrye 100-cü dəqiqədə yerini Mikael Kantava verib.
Qeyd edək ki, Meksika finalda ABŞ – Yamayka cütünün qalibi ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət