Slimfit
  1. İDMAN

“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi”

“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi”
Sakura

“Qarabağ”ın baş məşqçisi: “Dinamika bir az aşağı idi”

"Dinamika bir az aşağı idi”.

"Ens.az" “Report”a istinadla  xəbər verir kibunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis komandasının çıxışından razılıq bildirib: “Futbolçularımı təbrik edirəm, vacib qalibiyyət əldə etdik. Bəzi oyunlardan sonra oyunçularda arxayınlıq olur. Belə anlarda xarakter göstərmələri mühümdür. Bu gün dinamika bir az aşağı idi. Rəqib də yaxşı müdafiə olunurdu. Qalibiyyət üçün çox əziyyət çəkdik. “Neftçi” də baş məşqçinin tapşırığını sona kimi yerinə yetirdi. Nadir hallarda onlarda boşluq tapırdıq. Oyunçularımın hər birindən razı qaldım”.

Qurban Qurbanov Premyer Liqada lider olmalarına baxmayaraq, bütün görüşlərə ciddi yanaşdıqlarını söyləyib: “Hamımız Azərbaycan futbolu üçün çempionat keçiririk. Bu gün biz uğurluyuq. Ola bilər ki, sabah digərləri olsun. Özümüzü digərlərindən ayırmaq bizə mane ola bilər. Mövsümün əvvəlində də xal itkilərimiz oldu. Rəqiblər haqda getdikcə daha çox məlumatlar olur. Rəqiblər bizi daha yaxından təhlil edirlər. Hər oyunda istənilən nəticə ola bilər. Hər matçda daha məsuliyyətli olmalıyıq”.

O, əvəzetmələrin uğurlu olmasına da münasibət bildirib: “Dəyişikliklər oyunun gedişatına görə oldu. Birdən-birə üç əvəzetmə etdik. Həm də bəzi oyunçularda yorğunluq hiss olunurdu. Hamidu Keyta çox matçda sonradan meydana çıxaraq ya qol vurur, ya da assist edir”.

Baş məşqçi Azərbaycan Kubokunda MOİK-lə 1/8 final oyununun Xankəndidə keçiriləcəyi üçün sevindiyini bildirib: “Təəssüratlarımız çox xoşdur. Oyunu səbirsizliklə gözləyirik. Təəssüratlarım barədə matçdan sonra danışa bilərəm. Yaxşı nəticə əldə etmək istəyirik”.

Qurban Qurbanov qış təlim-məşq toplanışı proqramlarının hazır olduğunu deyib: “Vaxt baxımından heç nə edə bilmirik. Yanvarın 5-dən Bakıda yığışacağıq. İkinci yarı başlayana qədər də bir yerdə olacağıq. Həm çempionat, həm də avrokubok matçları ilə əlaqədar sıx qrafik olacaq. Bu üzdən komandanın tam bərpa olunmasına çalışacağıq. Futbolçularımın sağlam olması mənim üçün vacibdir. Çox istərdim ki, mövsümün sonunda hamısı istirahətə sağlam yollansın. Rəqiblər bizə çox ciddi yanaşırlar. Bu üzdən daha yaxşı olmağa çalışırıq. Çox yoxlama görüşünə vaxtımız da olmayacaq. Bir ciddi rəqib olmalıdır. Ən real variantlardan biri “Zirə” ilə qarşılaşmaqdır. Həmçinin ikitərəfli bir oyun nəzərdə tutulub”.

 

O, yerli oyunçularla maraqlandıqlarını gizlətməyib: “Yerlilərdən çox futbolçuya maraq var. Hamı yerli oyunçuya ehtiyac duyur. Bizə təklif olarsa ki, filan oyunçunu satmaq istəyirik, almaq istəyərik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR