Slimfit
  1. İDMAN

'Qarabağ'dan ayrılan futbolçu Çində: 'Burada vəziyyət çox yaxşıdır'

'Qarabağ'dan ayrılan futbolçu Çində: 'Burada vəziyyət çox yaxşıdır'
Sakura

'Qarabağ'dan ayrılan futbolçu Çində: 'Burada vəziyyət çox yaxşıdır'

Qış fasiləsində "Qarabağ"ı Çinin "Çendu Better Siti" klubuna dəyişən futbolçu Dani Kintana yeni komandasının düşərgəsinə qoşulub.

Bu barədə "Report"a ispaniyalı yarımmüdafiəçinin özü məlumat verib. 33 yaşlı yarımmüdafiəçi bildirib ki, bir neçə gündür klubun təmsil etdiyi Çendu şəhərindədir: "Artıq komanda ilə birlikdəyəm. Burada vəziyyət çox yaxşıdır. Hamı normal həyata qayıdıb. Koronavirus təhlükəsi ölkənin bəzi əyalətlərində davam etsə də, Çendu şəhərində hər şey qaydasındadır".

Qeyd edək ki, Dani Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edirdi. O, "köhlən atlar"ın heyətində 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR