Slimfit
  1. İQTİSADİYYAT

Qarabağdakı döyüşlər Ermənistan iqtisadiyyatına baha başa gəldi

Qarabağdakı döyüşlər Ermənistan iqtisadiyyatına baha başa gəldi
Sakura

Qarabağdakı döyüşlər Ermənistan iqtisadiyyatına baha başa gəldi

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında gedən döyüşlər ordumuzun düşmən ordusu ilə müqayisədə dəfələrlə yaxşı təchiz olunduğunu, qida və geyimlə bağlı problemlərinin olmadığını əyani şəkildə ortaya qoydu. Eksperlər hesab edir ki, bu, Ermənistanın iqtisadi baxımdan Azərbaycandan xeyli dərəcədə geridə qalması ilə bağlıdır. Yəni, döyüşdə uğur qazanmaq üçün ruh yüksəkliyi ilə yanaşı, iqtisadi güc - pul da lazımdır. Bu isə qarşı tərəfdə problemli məqamdır.

Ermənistanı müharibədən sonra ciddi iqtisadi böhran gözləyir

"Müharibədən əvvəl Ermənistan iqtisadiyyatı tənəzzül yaşayırdı, həm koronavirus pandemiyası dövründə, həm də ondan əvvəl bu ölkədə iqtisadi geriləmələr müşahidə olunurdu".

Ens.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

"Ermənistan iqtisadiyyatı bu ilin I yarısını 5,7% azalma ilə başa vurub. Bu tendensiya ilin II yarısında da davam edib. Odur ki, Ermənistan Qarabağ savaşında təxribata da zəif iqtisadi potensialla başlayıb. Nəzərə almaq lazımdır ki, Ermənistanın xarici borcu 5,7 milyard ABŞ dollarıdır ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 54%-i deməkdir. Bunun əvəzində Ermənistanın cəmi 2,6 milyard dollar valyuta ehtiyatları var və ondan tam istifadə etsələr belə, xarici borcunun heç yarısını qaytarmaq mümküm deyil”, - deyə o, qeyd edib. 

V. Bayramovun fikrincə, Ermənistanda digər makroiqtisadi göstəricilər, o cümlədən yoxsulluq və işsizlik səviyyəsi ilə bağlı da mənfi tendensiya davam edir: “Odur ki, Ermənistan orta və uzunmüddətli dövr üçün müharibə aparmaq imkanına malik deyil. Savaş istənilən halda Ermənistan üçün xərcdir. Artıq ölkə iqtisadiyyatı bu savaşa reaksiya verir. Milli valyutanın - dramın məzənnəsində azalma var. İlkin qiymətləndirməyə görə, döyüşlər Ermənistan iqtisadiyyatına təxminən 1,5 milyard dollar ziyan vurub. Bu isə ondan xəbər verir ki, savaş davam etdikcə Ermənistan iqtisadiyyatındakı tənəzzül davam edəcək. Azərbaycan döyüşlərdən qələbə ilə çıxsa, Ermənistanda iqtisadi tənəzzül daha sürətli olacaq və bu ölkə post-müharibə dövrünə kifayət qədər zəifləmiş iqtisadiyyatla daxil olacaq.

“Fitch” beynəxlaq reytinq agentliyi Ermənistanın kredit reytinqini aşağı salıb. Agentlik hesabatında xüsusi qeyd edib ki, Qarabağda müharibənin davam etməsi Ermənistan iqtisadiyyatı üçün ciddi enişin olacağından xəbər verir. Yəni, həm Ermənistanın makroiqtisadi göstəriciləri, həm də beynəlxalq qiymətləndirmələr ondan xəbər verir ki, ölkə iqtisadiyyatı post-müharibə dövründə ciddi böhranla üz-üzə qalacaq və faktiki olaraq Azərbaycan yalnız Qarabağda deyil, eyni zamanda iqtisadi müstəvidə də Ermənistanı ciddi şəkildə məğlub edəcək”.

"Ermənistanda dövlət büdcəsinin kəsiri artır"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov də “Report”a açıqlamasında bildirib ki, əslində, Ermənistan iqtisadiyyatı müharibəyə başlamazdan öncə də ciddi tənəzzüllə qarşılaşıb: "Bu ilin ilk iki rübü üzrə Ermənistan iqtisadiyyatındakı inkişaf tendensiyalarına nəzərə salsaq, görəcəyik ki, birinci rübdə artıq müəyyən ressesiya mövcud idisə, ikinci rübdə 15 faizə qədər azalma qeydə alınıb. Bu, olduqca böyük iqtisadi daralma idi. Eyni zamanda, karantinin də Ermənistan iqtisadiyyatına təsiri olduqca güclü idi. Təbii ki, Azərbaycan iqtisadiyyatına da karantin təsir göstərdi. Amma bu təsirin miqyasları müqayisə olunacaq səviyyədə deyil. Çünki Ermənistanda iqtisadi fəaliyyət ilk növbədə xidmət, ticarət sektoru ilə bağlıdır. Bunlar isə işgüzar fəallığın karantin şəraitində daralmasına görə çox kəskin şəkildə tənəzzülə uğradı”.

Onun sözlərinə görə, Ermənistanda dövlət büdcəsinin kəsiri də çoxdur və artıq 8%-ə yaxınlaşıb: “Müharibə hərbi xərclərin artırılması deməkdir və ilin sonuna kimi büdcə kəsirinin bir qədər də artmasının şahidi ola bilərik. Kəsrin böyüməsi əsasən xarici borclanmanın artımına görə baş verir. Bu isə Ermənistan iqtisadiyyatında problemlərin dərinləşməsi deməkdir. Bunun nəticəsində də çox güman ki, Ermənistanın qalan aktivləri də xarici mülkiyyətə keçəcək. Bu da faktiki Ermənistanın iqtisadiyyatının idarə edilməsinin müstəqil şəkildə həyata keçirilməsini çox ciddi şəkildə əngəlləyəcək. Çünki indiyə kimi də Ermənistanın aparıcı aktivləri xaricdən idarə olunurdu". 

Professor deyir ki, bütün bunlar Ermənistanın hazırkı hökumətinin avantürist siyasətinin nəticəsidir: "Təxribatlar, münaqişəinin eskalasiyası bu ölkədə iqtisadiyyatı olduqca dərin tənəzzülə apardı. Demirəm ki, Ermənistan hökumətinin bundan əvvəlki siyasətində, o cümlədən iqtisadi siyasətində problemlər yox idi. Əslində bu hakimiyyətin Ermənistanda ölkə rəhbərliyinə gəlməsinin də elə səbəbi bundan öncəki hakimiyyətin fəaliyyətindəki boşluqlar, problemlər, ziddiyyətlər, nöqsanlar və cinayətlər idi. Ancaq indiki hökumət də problemlərin dərinləşməsinə şərait yaratdı. Bu gün Ermənistanda aparıcı vəzifələrə təyin olunanlar tamamilə o sahələrdən uzaq insanlardır, onların fəaliyyətini artıq Ermənistanın daxilində çox ciddi şəkildə təftiş və tənqid edirlər. Bir sözlə, "Soros" fondunun hakimiyyətə gətirdiyi şəxs öz ölkəsini iflasa doğru aparır və böyük ehtimalla Ermənistanda hökumət böhranını yaxın aylarda gözləmək olar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR