Slimfit
  1. MEDİA

Qarabağda döyüşən çeçenlərin əfsanəvi komandiri Putini necə zirvələrə qaldırdı?

Qarabağda döyüşən çeçenlərin əfsanəvi komandiri Putini necə zirvələrə qaldırdı?
Sakura

Qarabağda döyüşən çeçenlərin əfsanəvi komandiri Putini necə zirvələrə qaldırdı?

“Vladimir Putinin Rusiyada hakimiyyətə gəlişinin 20 ili tamam oldu. Boris Yeltsin 1999-cu ilin dekabrında televiziyadakı çıxışında prezident kürsüsünü dövrün baş naziri Putinə ötürdüyünü elan etdi. O zaman Putinin reytinqi yüksək deyildi. Çünki o az tanınırdı, elə bir uğur hekayəsi yox idi. Putinin reytinqinin artımını və sonra prezident seçilməsini çeçen mücahidlər, o cümlədən, Şamil Basayev təmin etdi. Bəli, məhz ruslarla döyüşən Şamil Basayev”.

Publika.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Şamil Basayev döyüşçüləri ilə Dağıstana hücum etməsəydi, bəlkə də Putini kürsüsündə bir başqası əvəz edəcəkdi: “Ancaq Şamil Basayev Dağıstana hücum etməsiylə Putinə imkan verdi ki, Rusiyanın yeni lideri öz bacarığını göstərsin. Putin dağılmış vəziyyətdə olan Rusiya ordusunu toparlayaraq Dağıstandakı döyüşlərdə uğur qazandı, sonrakı mərhələdə Çeçenistana hücum başladı və Rusiya bu bölgə üzərindəki nəzarətini bərpa etdi. Beləliklə, Putin 2000-ci ilin martında keçirilən prezident seçkisində elə birinci turda ikən 52 faiz səslə prezident seçildi, yəni, təxminən, 40 milyon rusiyalı ona səs verdi”.

Qeyd edək ki, Vladimir Putin 2024-cü ilə qədər Rusiya prezidenti vəzifəsini icra edəcək.

Xatırladaq ki, Çeçenistanın əfsanəvi səhra komandiri, Abxaziyanın Milli Qəhrəmanı Şamil Basayevin rəhbərliyindəki çeçen ordusu Dağlıq Qarabağ müharibəsində Azərbaycan tərəfindən ermənilərə qarşı döyüşüb və xüsusilə, Şuşanın müdafiəsində iştirak edib. Basayevin bu döyüşlərdə iştirakı ilə bağlı iddialar da var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR