Slimfit
  1. SİYASƏT

Qarabağa gələn deputatlar qara siyahıya salınacaqmı?

Qarabağa gələn deputatlar qara siyahıya salınacaqmı?
Sakura

Qarabağa gələn deputatlar qara siyahıya salınacaqmı?

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bütün xarici ölkə vətəndaşlarına münasibətdə eyni yanaşma tətbiq edilir.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə Belçikadan olan parlamentarilərin gəlməsinə münasibət bildirərkən deyib.

XİN sözçüsü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz edən səfər şəxslərə münasibətdə ölkəyə giriş məhdudiyyətinin tətbiq olunduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə onun icazəsi olmadan səfər edənlər arasında senator, ATƏT-in Parlament Assambleyasının üzvü Mark Demesmeyker, Flamand parlamentinin üzvü Mark Hendriks və Belçikanın Alst şəhərinin merinin müavini Kərim Van Overmeyr yer alıb. Parlamentarilər qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanla görüşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR