Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?
Sakura

Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır.

Ens.Az-ın məlumatına əsasən,Qarabağ Universitetindən Modern.az-a bildirilib ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.

Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. "15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük", - Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR