Dərc edildi: Baxış sayı: 454
“Qarabağ” Ukrayna çempionuna yenə uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Ağdam klubu Ukrayna çempionu “Şaxtyor”la qarşılaşıb.
Güclü külək şəraitində keçən qarşılaşmada komandamız 1:3 hesabı ilə uduzub. Komandamızın yeganə qoluna 64-cü dəqiqədə Abdulla Zubirimza atıb. 80-ci dəqiqədə isə İnosent Emeqaraya qarşı edilən kobubluğa görə təyin olunmuş penalti zərbəsini Rişard Almeyda tirə vurub.
Qeyd edək ki, “Qarabağ” əvvəl də Donetsk klubu ilə yoxlama oyunlarında üz-üzə gəlib və hamısında uduzub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət