“Qarabağ” “Ştutqart”ın futbolçusunu heyətinə qatdı
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, Ağdam komandası sol cinah müdafiəçisi Aylton Fereyra Silvanı heyətinə qatıb.
Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.
Qeyd edək ki, bu futbolçu 2015/2016 mövsümündə Azərbaycanda oynayıb. O, “Neftçi”də çıxış edərkən bu komanda ilə 39 oyun keçirib və üç qol vurub. 2017-ci ilin iyulunda Almaniyanın köklü klublarından olan “Ştutqart”la dörd illik müqavilə bağlamış Ailton Bundesliqada cəmi beş matç keçirə bilib.
Daha sonra o, Portuqaliyanın “İşturil” və “Braqa” klublarına icarəyə verilib. Lakin sambaçı ötən mövsüm Portuqaliya klubunun əsas komandası ilə iki, ikinci komandası ilə bir matç keçirmək hüququ əldə edib.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl ispaniyalı vinger Xayme Romeronu heyətinə qatmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət