Slimfit
  1. AZƏRBAYCAN

“Qarabağ münaqişəsinin həllində həlledici sözü məhz Azərbaycan deyəcək”

“Qarabağ münaqişəsinin həllində həlledici sözü məhz Azərbaycan deyəcək”
Sakura

“Qarabağ münaqişəsinin həllində həlledici sözü məhz Azərbaycan deyəcək”

İlham Əliyev: “Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür”

Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Çünki liderlik amili elə bir şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Artıq 15 ildən çoxdur ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində, perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Sözsüz ki, istər daxili, istər xarici, istər sosial-iqtisadi, istərsə də digər sahələri əhatə edən bu yüksəlişin əsasında isə, əlbəttə ki, xalq-iqtidar vəhdəti dayanıb.

Prezident İlham Əliyev Real TV-tə verdiyi müsahibəsində də bir çox faktorlara, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu problemin Azərbaycanın xarici siyasətində prioritet istiqaməti olduğunu söyləyib.

“Əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”

Dövlət başçısı, bütün çıxışlarında olduğu kimi, bu müsahibəsində də bir daha vurğulayıb ki, İlham Əliyev: “Əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi: “Bir daha demək istəyirəm ki, tam əminəm, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməmişlər. Xüsusilə, 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olmuşdur”.

Prezident İlham Əliyev onu da bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasəti, Onun qətiyyəti, xalqın Ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün: “Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın və köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır”.

“Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir

Prezident İlham Əliyev münaqişənin həllinin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğuna da aydınlıq gətirib. Qeyd edib ki, dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları da münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr və qərarlar qəbul etmişlər: “Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz, son illər ərzində, münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr və qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür”.

Dövlət başçısı, xüsusi olaraq, Azərbaycanın güclü iqtisadi potensiala malik olan güclü, qüdrətli ordusunun olduğunu və bu gün Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında yer tutduğunu deyib: “Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz və imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq, biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə, qürur hissi keçirirəm. Hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər”.

“Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır”

Dövlət başçısı Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatlar verdiyini və bunun isə, Ermənistan üçün çətin durum yaratdığını qeyd edib: “Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən, vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq, biz danışıqlar prosesinə sadiqik. Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması, əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir”.

“Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür”

“Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür” deyən dövlət başçısı onu da qeyd edib ki, bu, yeni reallıqdır: “Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü, uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu, nəinki bizim münaqişə və bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları, bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq”.

Bir sözlə, Azərbaycan Prezidentinin mövqeyi Real TV-yə verdiyi müsahibəsində də, bir daha göstərir ki, Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici sözü də, məhz Azərbaycan deyəcək.

 

Mənbə: Sesqazeti.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR