Slimfit
  1. MEDİA

Qarabağ gəncləri üçün debat və natiqlik təlimləri, debat simulasiyaları keçirilib

Qarabağ gəncləri üçün debat və natiqlik təlimləri, debat simulasiyaları keçirilib
Sakura

Qarabağ gəncləri üçün debat və natiqlik təlimləri, debat simulasiyaları keçirilib

"Vətəndaş Cəmiyyətində Debat" İB (DVC) tərəfindən Qarabağ gəncləri üçün ilk dəfə keçirilən və yüksək marağa səbəb olan "De-Qayıdış" debat müsabiqəsi davam edir.

Mövzusu "Qarabağa qayıdış prosesinin həyata keçirilməsində əsas rolu dövlət, yoxsa cəmiyyət oynayır" olan müsabiqə çərçivəsində Qarabağ gəncləri üçün 4 günlük debat və natiqlik təlimlərinin ardından mövzu görüşləri və təcrübəli debatçıların iştirakı ilə onlayn şou-debat keçirilib.

Müsabiqənin növbəti mərhələsində işğaldan azad olunmuş 11 regionumuzdan seçilən  Qarabağ gəncləri 20 komanda olmaqla, debatlara hazırlıq məqsədilə praktiki görüşlərdə, davamında isə onlayn debat turnirində iştirak edəcək.

Qeyd edək ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.

"De-Qayıdış" debat müsabiqəsinin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması və "Böyük Qayıdış" Gənclər Təşkilatıdır.

Əlaqə üçün:

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi,

PR şöbəsi,

Mənsurə Məhərrəmova,

0558177436

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR