Slimfit
  1. SİYASƏT

“Qarabağ Azərbaycandır və nida işarəsi” adlı beynəlxalq kampaniya keçiriləcək

“Qarabağ Azərbaycandır və nida işarəsi” adlı beynəlxalq kampaniya keçiriləcək
Sakura

“Qarabağ Azərbaycandır və nida işarəsi” adlı beynəlxalq kampaniya keçiriləcək

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşiyan başda olmaqla bu ölkənin rəsmiləri Azərbaycanın əzəli və tarixi torpaqları ilə bağlı təxribatçı bəyanatlarla çıxış edirlər. Azərbaycan Ermənistanın bu addımlarını "status-kvonu saxlamağa" yönəlmiş "qeyri-konstruktiv" addım kimi qiymətləndirib.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağrış ilə Ermənsitan beynəlxalq hüquq norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətanmaılərini ayaq altına atır, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışqlar yolu ilə həllinə məsul olan quruma total hörmətsizlik nümayiş edirir:

"Ermənistan baş naziri 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ – Ermənsitanındır və vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” deməsi Ermənistanın əsl məqsədinin işğalçılqıdan başqa bir şey olmamasının növbəti açıq ifşasıdır.

“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deyib.

Cənab Prezidentin cıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnalogiyaları Gənclər İctimai Birliyi 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verir.

Kampaniyanın məqəsdi Ermənsitan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir.

Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qədbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək BMT-nin rəsmi dillərində tvitlər, postlar paylaşılacaqdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR