Slimfit
  1. DÜNYA

Qaqauz türklərinin mövqeləri Moldovada möhkəmlənir

Qaqauz türklərinin mövqeləri Moldovada möhkəmlənir
Sakura

Qaqauzya millət vəkili Köksal parlament seçkilərində hakim partiyadan namizədlər siyahısında ilk “onluqda”…

Qaqauzya millət vəkili Köksal parlament seçkilərində hakim partiyadan namizədlər siyahısında ilk “onluqda” olacaq

Qaqauziya Məclisinin üzvü İvanna Köksal Moldovada gələn il keçiriləcək parlament seçkilərində Sosialist Partiyasından namizəd olub. Bu barədə məlumatı yerli mətbuat yazıb. Bildirilir ki, 2019-cu ilin 24 fevralında keçiriləcək seçkilərdə İ.Köksalın Moldova parlamenti üzvlüyünə sosialistlərin siyahısından namizəd olduğunu dekabrın 25-də prezident elan edib.

Qeyd edək ki, prezident İqor Dodon həm də Sosialist Partiyasının lideridir. Sosialistlərin namizədlərinin siyahısı elan olunmasa da, dekabrın 25-də prezident Dodon Qaqauzya ağsaqqalları ilə görüşdə parlament seçkilərində sosialistlərin əsas namizədlərini, yəni seçici siyahısındakı ilk “onluğu” açıqlayıb. 

Prezident deyib ki, daha əvvəl vəd etdiyi kimi, partiyasının namizədlərinin ilk “onluğuna” Ağsaqqallar Şurasının təklif etdiyi namizədi daxil edəcək. Bu namizəd isə İvanna Köksal olub. Eyni zamanda prezident deyib ki, bu ilki partiya siyahısında namizədlərin üçdə biri azlıqların təmsilçiəri olacaq.

Qeyd edək ki, Qaqauziya təmsilçisinin hakim partiyanın seçki siyahısında ilk “onluqda” qatılması qaquz türklərinin Moldovada siyasi baxımdan mövqelərinin güclənməsinin nişanəsidir. Bu həm də qaqauzların hüquqlarının müdafiə olunması, siyasi və iqtisadi haqlar əldə etməsinə xidmət edəcək. 

Qeyd edək ki, İvanna Köksal Türkiyədə Moldova-Türkiyə dostluq dərnəyinin sədri Rafet Köksalın həyat yoldaşıdır. Dərnək 1999-cu ildə təsis olunub. Dərnək Moldovada Qaqauziya bölgəsində bir sıra mühüm layihələrə imza atıb. R.Köksal tanınmış iş adamıdır, Türkiyə ilə yanaşı bir sıra xarici ölkələrdə telekommunikasiya layihələrini icra edib. 

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR