Slimfit
  1. AZƏRBAYCAN

“Qapını aç, düşürəm” və ya sərnişin mədəniyyətsizliyi

“Qapını aç, düşürəm” və ya sərnişin mədəniyyətsizliyi
Sakura

“Qapını aç, düşürəm” və ya sərnişin mədəniyyətsizliyi

“Ortaya keçin, onsuz da oradan düşəcəksiniz. Yer var axı, görürəm” və ya “qapını aç, buradan düşək, oraya keçmək olmur”.

Bakıda avtobusdan istifadə edən hər kəsə, yəqin ki, bu cümlələr tanışdır. Nə qədər beynəlxalq standartlara uyğunlaşdırılsa da, hələ də problemlər göz önündədir. Sərnişinlər avtobusda ortadan düşəcəklərini bilsələr də, minib qapıda dayanırlar. Sonda vicdansız adlandırılan, söyülən sürücülər olur. 

Bəs, bunlar nədən irəli gəlir və bu problemi necə həll etmək olar?

Psixoloq Gülnar Orucova Oxu.Az-a müsahibəsində bildirib ki, bu, bəzi insanlarda olan aqressivlikdən irəli gəlir. 

“İnsanlar bir-birlərini incitmək istəyirlər. Səbəblər gün rejiminin düzgün olmaması, yuxu sisteminin pozulması, işlərini sevməmələri, həyatlarında narazı olduqları məqamlardır.

Rusiya, Belarus, Gürcüstan, Türkiyə kimi ölkələrdə avtobuslar köhnə olsalar da, oturmağa yer olur. Ayaqüstə nadir hallarda insan yol gedir. 30 qəpik verən hər kəs oturmaq istəyir. İşdən yorğun çıxan insanlar oturmayanda aqressivləşirlər, günahı sürücüdə görürlər. Ölkəmizdə insanlar sanki sürücünü əsəbiləşdirmək istəyirlər. Fikirləşmirlər ki, buradan düşəcəm, sürücü isə axşamadək sərnişin aparacaq. 

Gediş haqqı artırılaraq 30 qəpik edilən avtobuslarda rahatlıq yaradılsa, dəqiqələrlə avtobus gözləməsək, sistem düzgün qurulsa, belə olmaz. Sərnişinlər sürücüyə qarşı müharibə yaradırlar. Avtobusun gec gəlməyinin, dolu olmağının səbəblərini sürücüdə görürlər, halbuki bu, belə deyil”.

Psixoloq stressin maddi vəziyyətlə əlaqəsi olmadığını deyir:

“Stressli insanlar bunu ətrafdakılara keçirirlər. Yaşadıqları narazılıqları ictimai həyatda göstərmiş olurlar. İnsanların aqressivliyini iqtisadi vəziyyətlə müqayisə edirlər. Amma maddi vəziyyəti qaydasında olsa da, aqressiv olan insanlar var. Çünki bu, insanın daxilində olan hissdir və bəzi hallarda ortaya çıxır. İnsanlar humanist olsa, bir-birlərinə dəyər verməyi bacarsalar, belə olmaz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR