Slimfit
  1. CƏMİYYƏT

Qapılar açıq halda sərnişin daşıyan sürücüləri hansı CƏZA GÖZLƏYİR?

Qapılar açıq halda sərnişin daşıyan sürücüləri hansı CƏZA GÖZLƏYİR?
Sakura

Qapılar açıq halda sərnişin daşıyan sürücüləri hansı CƏZA GÖZLƏYİR?

Bakıdakı sərnişin sıxlığı, tıxac və s. kimi aktual problemlər bir sıra xoşagəlməz halların yaranmasına səbəb olur. Bunlara marşrutlarda sərnişindaşıma ilə bağlı mövcud problemlər də daxildir .

Məsələn, tez-tez avtobusda yer olmasa belə, yenə də avtobusa minən sərnişinlərin demək olar ki, nəqliyyat vasitəsindən kənarda qalması, avtobusun pilləkənində qapı açıq halda yola davam etməsinə şahid oluruq. Hətta məsələ ilə bağlı sosial şəbəkələrdə vətəndaşların çəkdikləri videolar da paylaşılıb. Təbii ki, belə hallar həm sərnişinlər, həm də yoldakı digər sürücülər üçün təhlükə yaradır.

Bu cür hallara yol verən sürücüləri hansı cəza gözləyir?

Ens.Az-ın məlumatına əsasən,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Bizim.media-ya açıqlamasında bu cür qayda pozuntularına yol verən sürücülərə qarşı hansı cəza tədbirlərinin görüləcəyini açıqlayıb:

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qapıları bağlanmamış halda hərəkət etdirməyə və yaxud hərəkət zamanı qapıları açmağa görə 40 manat cərimə nəzərdə tutulub".

Bəs sərnişin nəqliyyat vasitəsindən kənarda dayanırsa, bu hal necə tənzimlənir?

"Sərnişin nəqliyyat vasitəsindən kənardadırsa, bu hal İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənzimlənir. Sürücü 100 manat məbləğində cərimələnir".

Məsələ ilə bağlı sərnişinlərə də cərimə tətbiq olunurmu?

"Burada sərnişindaşıma qaydalarını pozduğuna və ya nəqliyyat vasitəsi hərəkətdə olduğu halda qapılarını açıq vəziyyətdə saxladığına görə sürücü cərimələnir, ancaq vətəndaş cərimələnmir. Çünki məsuliyyəti sürücü daşıyır və belə hallar olduğu təqdirdə həmin sürücü barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçirilir", - deyə Toğrul Nəsirli qeyd edib.


 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR