Slimfit
  1. CƏMİYYƏT

Qanunsuz satılan torpaq sahələri bələdiyyələrə QAYTARILIB

Qanunsuz satılan torpaq sahələri bələdiyyələrə QAYTARILIB
Sakura

Qanunsuz satılan torpaq sahələri bələdiyyələrə QAYTARILIB

“Ötən il inzibati nəzarət orqanına hüquqi ekspertiza üçün təqdim olunan bələdiyyə aktlarının sayı ilk dəfə olaraq 100 mini keçib, 96.363 (96%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib”.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası ədliyyə nazirinin müavini II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

V.Zahirovun sözlərinə görə, ümumilikdə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3800-dən çox aktla bağlı bələdiyyələrə təkliflər verilib, 2405-i ləğv olunub, 1098-i dəyişdirilib, təmin olunmayan 37 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb:

“Verilmiş təklif və ya məhkəmə iddiaları əsasında 14 min hektardan çox torpaq sahəsinin  bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib ki, bu da 2022-ci illə müqayisədə 1195 ha çoxdur. Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış 4487 müraciətdən 455-i, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının 369 müraciətindən isə 189-u, başqa sözlə yarıdan çoxu təmin edilib. 2023-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 63 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR